İspaniyada final qələbəsi qeyd olunan zaman faciə yaşanıb

Dünya xəbərləri Materials 20 İyul 2026 12:57 (UTC +04:00)
İspaniyada final qələbəsi qeyd olunan zaman faciə yaşanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İspaniyada futbol üzrə dünya çempionatının finalında milli komandanın qələbəsinin qeyd edilməsi zamanı bir yeniyetmə faciəvi şəkildə həyatını itirib. Hadisə Kastiliya və Leon muxtar icmasının Syudad-Rodriqo yaşayış məntəqəsində baş verib.

“El País” qəzetinin yazdığına görə, gənclər qələbəni qeyd etmək üçün fəvvarənin içərisində olarkən konstruksiyanın bir hissəsi çöküb. Polis əməkdaşları gənc oğlana kömək göstərməyə çalışsalar da, o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisə nəticəsində daha iki nəfər xəsarət alıb.

İyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində Argentina və İspaniya Milli Komandaları arasında DÇ2026 final oyunu keçirilib. Əlavə vaxtda vurulan qolla 1:0 hesabı ilə qalib gələn İspaniya millisi dünya çempionu olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti