Bakı.Trend:
Cənubi Koreyanın Xarici İşrlə Nazirliyi (XİN) Yaxın Şərq ölkələrində qısamüddətli səfərdə olan vətəndaşlarını dərhal bölgəni tərk etməyə çağırıb.
Bu barədə ölkənin XİN rəhbərinin ikinci müavini Kim Cinanın verdiyi bəyanatda deyilir.
"Yaxın Şərq ölkələrinin əksəriyyəti mart ayından etibarən yalnız zəruri hallarda səfəri tövsiyə edən 3-cü səviyyəli səyahət xəbərdarlığı altında olduğundan, bölgədə qısamüddətli səfərdə olan vətəndaşlara qalmaq üçün ciddi səbəbləri olmadığı təqdirdə, mümkün qədər tez ayrılmaları tövsiyə olunur",-deyə bəyanatda qeyd edilir.
O, həmçinin Yəməndə husilərlə Səudiyyə Ərəbistanı arasında son gərginlik fonunda Qırmızı dənizdə fəaliyyət göstərən Cənubi Koreya gəmilərinin təhlükəsizliyinin təmin olunması üçün ayıq-sayıqlığın artırılmasına çağırıb.
