Vaqif Poeziya Günləri "Sözün Zəfəri – Zəfərin sədası" adlı konsert proqramı ilə yekunlaşıb (FOTO)

Mədəniyyət Materials 20 İyul 2026 12:45 (UTC +04:00)
Vaqif Poeziya Günləri "Sözün Zəfəri – Zəfərin sədası" adlı konsert proqramı ilə yekunlaşıb (FOTO)
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri Şuşada "Sözün Zəfəri – Zəfərin sədası" adlı konsert proqramı ilə başa çatıb.

Mədəniyyət Nazirliyinin məlumatına görə, Xurşidbanu Natəvanın evinin qarşısında təşkil olunan konsertdə Rauf Hacıyev, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Elza İbrahimova, Ələkbər Tağıyev, Oqtay Kazımi və başqa bəstəkarların əsərləri səsləndirilib.

Proqramda eyni zamanda xalq mahnıları ifa olunub, Azərbaycan Dövlət Rəqs Ansamblı tərəfindən milli rəqslərimiz təqdim edilib.

Əməkdar artistlər Rəşad İlyasov, Babək Niftəliyev, Aqşin Abdullayev, solistlər Ayşən Mehdiyeva, Fəxri Kazım-Nicat, Günay İmamverdiyeva, Nurlanə Abdullayeva, Arif Mehmandost, Habil Məmmədov və şagirdləri, eləcə də II Uşaq İncəsənət Festivalının qalibi Mehdi Niftaliyevin ifasında səslənən musiqi nömrələri tamaşaçıların könlünü oxşayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti