Rodri karyerasını “Real Madrid”də davam etdirmək niyyətindədir

İdman Materials 21 İyul 2026 03:09 (UTC +04:00)
Rodri karyerasını “Real Madrid”də davam etdirmək niyyətindədir

Bakı. Trend:

“Mançester Siti” və İspaniya millisinin yarımmüdafiəçisi Rodri karyerasını “Real Madrid”də davam etdirmək niyyətindədir.

30 yaşlı futbolçu 2027-ci ilin 30 iyununa qədər olan müqaviləsinin uzadılması ilə bağlı ingilis klubunun heç bir təklifini qəbul etməyib. Rodri Madrid komandasına qoşulmağa ümid edir.

Oyunçu 2019-cu ilin yayından “Mançester Siti”də oynayır. Bu müddət ərzində o, 298 oyun keçirib, 28 qol vurub və 32 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Rodri 2026-cı il dünya çempionatının ən yaxşı oyunçusu seçilib. Dünya çempionatının finalında İspaniya əlavə vaxtdan sonra Argentinanı 1:0 hesabı ilə məğlub edib.

Xəbər lenti

Xəbər lenti