İran nüvə sentrifuqalarını yeraltı kompleksə köçürüb

Dünya xəbərləri Materials 21 İyul 2026 11:43 (UTC +04:00)
İran nüvə sentrifuqalarını yeraltı kompleksə köçürüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İran ötən ilin payızında uranın zənginləşdirilməsi üçün istifadə olunan minlərlə sentrifuqanı Pikaks dağının dərinliklərində yerləşən tunellərə köçürüb. Bu isə Tehranın nüvə proqramını bərpa edə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Bu barədə “The Wall Street Journal” ABŞ-yə təqdim olunmuş İsrail kəşfiyyat məlumatlarına istinadən yazır.

Məlumata görə, sentrifuqalar 2025-ci ilin iyununda baş vermiş 12 günlük müharibədən sonra, İranın üç ən iri nüvə obyektinin zərbə aldığı dövrdə həmin yeraltı kompleksə yerləşdirilib.

Pikaks dağı uzun illərdir ABŞ və İsrailin nəzarətində saxlanılır. İranın əsas nüvə obyektlərindən birinin yaxınlığında yerləşən dağın altındakı yeraltı kompleks 2020-ci ildə partlayış nəticəsində ciddi zərər görmüş sentrifuqa yığım zavodunu əvəz etmək məqsədilə istismara verilib.

Nüvə silahları və onların yayılmaması məsələləri üzrə analitik mərkəz olan Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun məlumatına görə, son 15 ay ərzində burada bərpa işləri aparılır: yük maşınlarının hərəkəti artıb, tunellər möhkəmləndirilir və təhlükəsizlik perimetri yaradılır. Bundan əlavə, İranın sonradan bağladığı və 2007-ci ildən mövcud olan köhnə tunel şəbəkəsinin bərpası istiqamətində də işlər görülür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti