Bakı.Trend:
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamentinin əməkdaşları 102 əcnəbi vətəndaşı ölkədən deportasiya ediblər. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
DİN-in məlumatına görə, deportasiya olunanlar arasında Azərbaycan, Əlcəzair, Misir, Hindistan, İordaniya, Çin, Qazaxıstan, Livan, Nigeriya, Pakistan, Rusiya, Sudan, Türkmənistan, Türkiyə, Tailand, Özbəkistan, Filippin və digər ölkələrin vətəndaşları var.
Deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.
