Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Belçikalıların Kralı Əlahəzrət Filipə təbrik məktubu ünvanlayıb.
Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:
"Əlahəzrət,
Belçika Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, Belçika xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
