Hörmüz boğazında gəmi yanır - Heyət üzvləri təxliyə edilib

Dünya xəbərləri Materials 20 İyul 2026 12:05 (UTC +04:00)
Hörmüz boğazında gəmi yanır - Heyət üzvləri təxliyə edilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hörmüz boğazında ticarət gəmisinə hücum olub. Naməlum mərminin göyərtəyə tuş gəlməsindən sonra gəmi yanmağa başlayıb. Ekipaj üzvlərinin təxliyə edildiyi bildirilir.

Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları (UKMTO) Xidməti məlumat yayıb.

“Heyət üzvləri gəmini təhlükəsiz şəkildə tərk ediblər və yedəkçi gəmi tərəfindən təxliyə olunublar”, -deyə UKMTO-nun məlumatında qeyd edilir.

Hücum Omanın Kumzar yaşayış məntəqəsindən 8 dəniz mili (15 km) şimal-qərbdə baş verib.

"Yanğın hələ də söndürülməyib və gəmi hazırda idarəolunmaz vəziyyətdə dənizdə axınla üzür. Səlahiyyətli qurumlar hadisəni araşdırdığı müddətdə gəmilərə ehtiyatla hərəkət etmələri və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur”,-deyə qurumun məlumatında deyilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti