Özəlləşdirmə çekləri ilə bağlı kompensasiya dair yayılan məlumatlar saxtadır - Birgə məlumat

Cəmiyyət Materials 20 İyul 2026 18:32 (UTC +04:00)
Özəlləşdirmə çekləri ilə bağlı kompensasiya dair yayılan məlumatlar saxtadır - Birgə məlumat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkə platformalarında özəlləşdirmə çekləri ilə bağlı kompensasiya ödənilməsinə dair yayılan məlumatlar saxtadır.

Bu barədə Daxili İşlər Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə məlumatında qeyd edilib.

Bildirilib ki, sosial şəbəkə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi, qeydiyyatın aparılması və bunun üçün müəyyən mobil nömrələrlə əlaqə saxlanılmasının zəruriliyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.

Bildirilib ki, qeyd olunan məlumatlar həqiqəti əks etdirmir və vətəndaşlarda çaşqınlıq yaratmağa yönəlib.

"Vətəndaşlara tövsiyə olunur ki, bu cür saxta elanlara etibar etməsinlər, naməlum telefon nömrələri ilə əlaqə saxlamasınlar, bank kartı rekvizitlərini, şəxsiyyət vəsiqəsi məlumatlarını, SMS-lə göndərilən təsdiq kodlarını və digər şəxsi-maliyyə məlumatlarını heç bir halda qarşı tərəfə təqdim etməsinlər, eləcə də hər hansı ödəniş həyata keçirməsinlər.

Hazırda həmin saxta məlumatlarla bağlı araşdırmalar aparılır", - deyə məlumatda bildirlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti