Husilər Səudiyyə Ərəbistanını dəniz blokadasına aldıqlarını elan ediblər

Dünya xəbərləri Materials 20 İyul 2026 16:20 (UTC +04:00)
Husilər Səudiyyə Ərəbistanını dəniz blokadasına aldıqlarını elan ediblər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yəməndə “Ənsar-Allah” hərəkatından olan husilər Səudiyyə Ərəbistanını dəniz blokadasına aldıqlarını elan ediblər.

“Al-jazeera” telekanalının məlumatına görə, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sari mətbuat konfransında bildirib.

Husi sözçüsü bunun Səudiyyənin Yəmən limanlarını blokadaya almasına və Səna beynəlxalq aeroportuna zərbələr endirməsinə cavab olduğunu söyləyib.

“Xalqımız bu ədalətsiz mühasirə və təcavüz qarşısında səssiz qala bilməz... Onların bu ədalətsiz mühasirə və təcavüzə qarşı bütün mövcud vasitələrdən istifadə etməklə müqavimət göstərməyə tam hüququ var”, – deyə Sari bildirib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti