SEPAH ABŞ ordusunun mövqelərinə qarşı əməliyyat keçirdiyini açıqlayıb

Dünya xəbərləri Materials 20 İyul 2026 18:11 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ ordusunun bölgədəki mövqelərinə qarşı üç mərhələli hərbi hücumlar həyata keçirilib.

Bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) yaydığı məlumatda öz əksini tapıb.

“İran İslam İnqilabı Keşikçilər Korpusunun Hərbi Dəniz Qoşunları ABŞ ordusunun regiondakı mövqelərinə 3 mərhələli ağır zərbələr endirib”, - deyə məlumatda qeyd olunub.

SEPAH əlavə edib ki, 1-ci mərhələdə Bəhreynin Əs-Səxir aeroportunda ABŞ ordusuna məxsus PUA saxlanma və təmir anbarları atəşə tutulub və anbarlar məhv edilib.

SEPAH qeyd edib ki, 2-ci mərhələdə Bəhreynin Salman limanında “TF58” gəmilərinin hazırlanması anbarları atəşə tutulub və gəmilərə ağır zərbələr endirilib.

“3-cü mərhələdə Küveytin Arifjan bazasında ABŞ ordusunun hərbi dəniz donanmasının komandos qüvvələrinin təchizat və dəstək anbarları atəşə tutulub və tamamilə məhv edilib”, - deyə məlumatda qeyd olunub.

SEPAH qeyd edib ki, ABŞ ordusunun hücumları davam etdiyi halda İran da raketləri və PUA-ları ilə qarşılıqlı cavablar verəcək.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) 20 iyulda yaydığı məlumatda İrana qarşı ardıcıl doqquzuncu gecə zərbələrini uğurla başa çatdırdığını bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti