Hörmüz yaxınlığında daha bir ticarət gəmisi hücuma məruz qalıb

Dünya xəbərləri Materials 21 İyul 2026 12:00 (UTC +04:00)
Hörmüz yaxınlığında daha bir ticarət gəmisi hücuma məruz qalıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ və İran arasında silahlı münaqişənin alovlanması fonunda Hörmüz boğazı yaxınlığında daha bir ticarət gəmisi hücuma məruz qalıb.

Bu barədə Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Məlumata görə insident Birləşmiş Ərəb Əmirliklərinin Dibbə şəhərindən 17 dəniz mili şərqdə qeydə alınıb.

Qeyd olunur ki, gəmiyə naməlum mərmi tuş gəlib və nəticədə onun sükan mexanizmi zədələnib. Ekipaj üzvlərinin sağ-salamat olduğu bildirilir. Faktla bağlı istintaqa başlanılıb. Ticarət gəmisinin adı, hansı ölkəyə məxsus olduğu və göyərtəsində nə daşındığı açıqlanmır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti