Bu ölkədə artıq seçkilər keçirilməyəcək

Dünya xəbərləri Materials 21 İyul 2026 12:32 (UTC +04:00)
Bu ölkədə artıq seçkilər keçirilməyəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nikaraqua Prezidenti Daniel Orteqa ölkədə artıq seçkilərin keçirilməyəcəyini bəyan edib.

Bu barədə “Reuters” məlumat yayıb.

Orteqa 1979–1990-cı illərdə prezident vəzifəsində olub. O, 2007-ci ildə yenidən bu posta seçilib və həmin vaxtdan bəri hakimiyyətdə qalır.

Dövlət başçısının sözlərinə görə, seçkilərin ləğvi müxalifətin hakimiyyətə gəlməsi imkanlarının qarşısını almaq məqsədi daşıyır.

"Burada artıq onların hökuməti və hakimiyyəti ələ keçirməyə cəhd göstərə biləcəyi seçkilər olmayacaq. Yankilər və somosistlər tərəfindən dəstəklənən partiyaların yenidən hakimiyyətə qayıtdığı dövrlər geridə qalıb və bir daha heç vaxt təkrarlanmayacaq", - deyə Orteqa bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti