İordaniya 5 İran donunu vurub

Dünya xəbərləri Materials 21 İyul 2026 12:15 (UTC +04:00)
İordaniya 5 İran donunu vurub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İordaniya ordusu ölkənin Hava Hücumlarından Müdafiə qüvvələrinin krallığın hava məkanını pozan beş İran pilotsuz uçuş aparatını məhv etdiyini açıqlayıb.

Bu barədə ölkəni “Petra” dövlət xəbər agentliyi məlumat yayıb.

“Dronlar əməliyyat tələblərinə və təsbit olunmuş müdafiə prosedurların müvafiq olaraq effektiv və dəqiq şəkildə zərərsizləşdirilib. Əməliyyat zamanı hər hansı can itkisi və ya maddi ziyan qeydə alınmayıb”, -deyə məlumatda qeyd edilir.

İran son bir neçə gündə intensiv şəkildə körfəz ölkələrindən olan ABŞ müttəfiqlərini o cümlədən, İordaniyanı dron və ballistik raket hücumuna məruz qoyur.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti