Bakı. Trend:
İyulun 19-da Belçikanın məşhur Spa-Frankorşam trasında Formula 1 üzrə 2026-cı il mövsümünün 10-cu mərhələsi – Belçika Qran-prisinin əsas yarışı keçirilib.
Yarışın qalibi "Mercedes" komandasının pilotu Andrea Kimi Antonelli olub. "Ferrari" komandasının üzvü Şarl Lekler finiş xəttini ikinci, "Red Bull" pilotu Maks Ferstappen isə üçüncü keçərək podiumu tamamlayıb.
Antonelli 44 dövrədən ibarət yarışı 1 saat 24 dəqiqə 42,479 saniyəyə başa vurub. Lekler qalibdən 1,952 saniyə, Ferstappen isə 11,586 saniyə geri qalıb.
Belçika Qran-prisinin nəticələri:
- Andrea Kimi Antonelli ("Mercedes") – 44 dövrə
- Şarl Lekler ("Ferrari") +1.952
- Maks Ferstappen ("Red Bull") +11.586
- Luis Hemilton ("Ferrari") +17.245
- Oskar Piastri ("McLaren") +18.988.