Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio Kubanı siyasi səbəblərlə həbs olunduğu bildirilən 700-dən çox məhbusu dərhal azad etməyə çağırıb.
Rubio bu bəyanatı tanınmış kubalı dissident rəssam Luis Manuel Otero Alkantaranın beş il həbsdə qaldıqdan sonra azadlığa buraxılması ilə bağlı açıqlamasında verib.
ABŞ dövlət katibi bildirib ki, Luis Manuel Otero Alkantara artıq Kubanı tərk edərək ABŞ-a gəlib.
"Rejimin qanunsuz şəkildə həbsdə saxladığı 700-dən çox siyasi
məhbusun dərhal azad edilməsini tələb edirik. Beynəlxalq
ictimaiyyət Kuba hakimiyyətinin insan hüquqlarını pozmasına daha
laqeyd qalmamalı və bu repressiyaların dayandırılması üçün bizə
qoşulmalıdır", – deyə Rubio vurğulayıb.