Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə modelinin tətbiqi qaydası təsdiqlənib

Siyasət Materials 17 İyul 2026 17:04 (UTC +04:00)
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə modelinin tətbiqi qaydası təsdiqlənib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

“Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası” təsdiqlənib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Layihə üzrə hər təhsilalana göstərilən təhsil xidmətlərinə görə dövlət dəstəyinin aylıq həddi təhsil haqqının 70 faizi həcmində, lakin Bakı şəhəri üzrə 350 manat, digər regionlar üzrə isə 250 manat məbləğindən çox olmamaqla nəzərdə tutulur.

Layihələrin icra müddəti 10 aydan çox olmamalıdır. Layihə üzrə dövlət dəstəyinin maliyyələşdirilməsi dövlət büdcəsində Nazirlik üçün nəzərdə tutulmuş məqsədli vəsait həcmində həyata keçirilir.

Qərarla müsabiqənin keçirilməsi üçün Nazirlik tərəfindən tərkibi Nazirliyin əməkdaşlarından ibarət olmaqla ən azı 5 nəfərdən ibarət İşçi qrup yaradılır.

Xəbər lenti

Xəbər lenti