Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır - Bayramov

Siyasət Materials 17 İyul 2026 17:00 (UTC +04:00)
Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır - Bayramov
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır.

Bunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Moskvada Rusiyalı həmkarı Sergey Lavrovla görüşün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

"2024-cü ilin dekabrında mülki təyyarəmizlə baş vermiş məlum faciədən sonra tətbiq edilmiş məhdudiyyətlərin qüvvədə olduğu bir sıra istiqamətlər üzrə yaxın vaxtlarda birbaşa aviareyslərin bərpası gözlənilir", – deyə o bildirib.

Daha sonra aprel ayında keçirilmiş Hökumətlərarası Komissiyanın iclasını xatırladan C.Bayramov növbəti iclasın ilin sonunadək baş tutmasının planlaşdırıldığını qeyd edib.

"Lakin müntəzəm təmaslara olan ehtiyacı və görülmüş işləri nəzərə alaraq, baş nazir müavinləri arasında ilkin razılıq əldə olunub. Cari ilin sentyabr ayında Şahin Mustafayevlə Aleksey Overçuk arasında görüşün keçirilməsi planlaşdırılır. Görüşdə bir sıra istiqamətlər üzrə məsələlərin müzakirə olunması nəzərdə tutulur", – deyə nazir əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti