Bakı.Trend:
ABŞ-İran arasında münaqişənin gərginləşməsi fonunda Hörmüz boğazı yaxınlığında üzən daha bir gəmi hücuma məruz qalıb.
Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, adı çəkilməyən tanker Oman sahillərindən 19 km şərqdə naməlum mərmi ilə vurulub. İnsident nəticəsində ekipaj üzvlərindən xəsarət alan olmayıb.
"UKMTO Omanın Xasab şəhərindən 19 km şərqdə baş vermiş insident barədə məlumat alıb. Bildirilir ki, tankeri naməlum mərmi vurub və nəticədə gəminin sol bortunun konstruksiyasına cüzi ziyan dəyib. Ekipajın bütün üzvləri təhlükəsizdir... Ətraf mühitə hər hansı təsirlə bağlı məlumat daxil olmayıb", - deyə UKMTO-nun açıqlamasında bildirilir.
