ADY ilə qida sənayesi məhsullarının daşınması 35 faiz artıb (FOTO)

İqtisadiyyat Materials 17 İyul 2026 12:58 (UTC +04:00)
ADY ilə qida sənayesi məhsullarının daşınması 35 faiz artıb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

ADY ilə qida sənayesi məhsullarının daşınması 2026-cı ilin yanvar–iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz artıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yaydığı məlumata görə, cari ilin ilk altı ayında dəmir yolu ilə ümumilikdə 905 min 992 ton qida sənayesi məhsulu daşınıb. Bu göstərici 2025-ci ilin eyni dövründə qeydə alınan 669 min 596 ton ilə müqayisədə 35 faiz çoxdur.

Hesabat dövründə tranzit daşımalarında da əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2026-cı ilin yanvar–iyun aylarında tranzit rejimdə 388 min 764 ton qida sənayesi məhsulu daşınıb. Bu isə ötən ilin eyni dövründəki 249 min 810 ton göstəricisi ilə müqayisədə 56 faiz artım deməkdir.

İyun ayı üzrə göstəricilər də müsbət dinamikanın davam etdiyini göstərir. Belə ki, 2026-cı ilin iyun ayında ADY ilə 198 min ton qida sənayesi məhsulu daşınıb. Bu, 2025-ci ilin eyni ayı ilə müqayisədə 38 faiz çoxdur.

Eyni zamanda, iyun ayında tranzit rejimdə daşınan qida sənayesi məhsullarının həcmi 43 min 733 tondan 87 min 261 tona yüksələrək 2 dəfə artıb.

ADY-nin məlumatına görə, qida sənayesi məhsullarının həm ümumi, həm də tranzit daşımalarında müşahidə olunan artım beynəlxalq yükdaşımalarında dəmir yolunun rolunun gücləndiyini və ölkənin tranzit-logistika potensialının genişləndiyini göstərir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti