İran ABŞ-nin Suriyadakı komanda mərkəzinə hücum edib

Dünya xəbərləri Materials 17 İyul 2026 10:18 (UTC +04:00)
İran ABŞ-nin Suriyadakı komanda mərkəzinə hücum edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Suriyanın Ət-Tənf bölgəsində yerləşən ABŞ komanda mərkəzinə zərbə endirdiyini bəyan edib.

Bu barədə İranın Mehr agentliyi SEPAH-ın mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb.

“Hücum nəticəsində bir radiolokasiya sistemi və bir neçə xüsusi təyinatlı helikopter məhv edilib, həmçinin xeyli sayda ABŞ hərbi qulluqçusu zərərsizləşdirilib”, -deyə bəyanatda qeyd edilir.

Bundan əlavə, SEPAH bildirib ki, Hörmüz boğazı hələ də İran ordusunun tam nəzarətindədir . Bəyanatda vurğulanıb ki, ABŞ hücumları davam etdirəcəyi müddətdə boğaz vasitəsilə neft və qaz ixracına icazə verilməyəcək.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti