Ukraynaya yeni baş nazir təyin olunub

Dünya xəbərləri Materials 16 İyul 2026 14:17 (UTC +04:00)
Ukraynaya yeni baş nazir təyin olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ukraynanın Ali Radası Sergey Koretskinin baş nazir vəzifəsinə təyin edilməsini dəstəkləyib.

Ukrayna KİV-nin məlumatına görə, deputatların 289-u bu qərarın lehinə səs verib.

Xatırladaq ki, iyulun 14-də Ali Rada baş nazir Yuliya Sviridenkonun başçılıq etdiyi hökuməti tam tərkibdə istefaya göndərib.

Bundan əvvəl, iyulun 12-də Ukrayna Prezidenti Volodimir Zelenski baş nazir Sviridenkoya başqa vəzifənin təklif olunacağını bildirmişdi.

O eyni zamanda ölkənin siyasi strategiyasında dəyişikliklər ediləcəyini və bununla əlaqədar kadr islahatlarının həyata keçiriləcəyini açıqlamışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti