ABŞ-nin Bəndər Xomeyni şəhərinə zərbələri nəticəsində 7 nəfər ölüb

Dünya xəbərləri Materials 17 İyul 2026 06:09 (UTC +04:00)
ABŞ-nin Bəndər Xomeyni şəhərinə zərbələri nəticəsində 7 nəfər ölüb

Bakı. Trend:

ABŞ-nin İranın Bəndər Xomeyni şəhərinə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb.

Bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, hücum zamanı daha 9 nəfər yaralanıb. Xilasetmə və təcili tibbi yardım xidmətləri hadisə yerində fəaliyyətini davam etdirir.

Bildirilib ki, zərbələr nəticəsində iki körpüyə ziyan dəyib. Bəndər Abbas–Lar avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudiyyətlərlə bərpa olunub və sürücülərə həmin marşrutdan istifadə etməmələri tövsiyə edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti