Azərbaycan “Bir Pəncərə” sisteminin Orta Dəhliz üzrə inteqrasiyası üçün danışıqlar aparır - Fariz Əliyev

İqtisadiyyat Materials 16 İyul 2026 10:21 (UTC +04:00)
Azərbaycan “Bir Pəncərə” sisteminin Orta Dəhliz üzrə inteqrasiyası üçün danışıqlar aparır - Fariz Əliyev
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan “Bir Pəncərə” sisteminin Orta Dəhliz üzrə inteqrasiyası üçün Qazaxıstan, Gürcüstan və Türkiyə ilə danışıqlar aparır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti Şöbəsinin müdiri Fariz Əliyev “Bir Pəncərə” informasiya sisteminin təqdimatında deyib.

“Hazırda Orta Dəhliz istiqamətində digər tərəfdaş ölkələrlə - Qazaxıstan, Gürcüstan və Türkiyə ilə aktiv müzakirələr aparırıq. Məqsəd funksionallığın yalnız bir ölkə səviyyəsində qalması deyil, məhsulun istehsal olunduğu ölkədən təyinat məntəqəsinə qədər bütün ticarət əməliyyatlarını və sənədləşməni əhatə edən vahid sistem qurmaqdır”, - deyə o bildirib.

Onun sözlərinə görə, perspektivdə azərbaycanlı sahibkar, məsələn, Çindən məhsul idxal edərkən konteyner fabrikdən çıxdığı andan bütün zəruri lisenziya, icazə və digər sənədlər üçün “Bir Pəncərə” sistemi üzərindən elektron müraciət edə biləcək.

“Hazırda 30-dan çox dövlət qurumunun “Bir Pəncərə”yə inteqrasiyası tamamlanıb. Vahid ixrac proseduru artıq pilot rejimdə tətbiq edilir və ilin sonuna qədər funksionallığın idxal və tranzit əməliyyatlarına da şamil olunması nəzərdə tutulur”, - deyə Fariz Əliyev əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti