Avropa Liqası: "Qarabağ" növbəti mərhələyə yüksəlib

İdman Materials 17 İyul 2026 02:12 (UTC +04:00)
Avropa Liqası: "Qarabağ" növbəti mərhələyə yüksəlib

Bakı. Trend:

"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununu keçirib.

Ağdam təmsilçisi İslandiyada "Vestri"nin qonağı olub. Bakıdakı ilk matçda rəqibini 3 cavabsız qolla məğlub edən Azərbaycan klubu səfərdə də eynihesablı nəticəyə imza atıb - 3:0.

Reykyavik şəhərindəki “Trottarvöllur” stadionunda oynanılan görüşdə qolları 5-ci dəqiqədə Jali Muaddib, 29-cu dəqiqədə Pedro Bikalyo və 56-cı dəqiqədə Zakaria Savo vurublar.

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində Bolqarıstanın MOİK (Sofiya) klubu ilə qarşılaşacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti