Rusiyalı oliqarxlar kapitallarını xaricə çıxarır

Dünya xəbərləri Materials 16 İyul 2026 15:16 (UTC +04:00)
Rusiyalı oliqarxlar kapitallarını xaricə çıxarır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Kremlə yaxın oliqarxlar da daxil olmaqla, Rusiyanın milyarderləri iqtisadi vəziyyətin pisləşəcəyi, bank sistemində problemlərin yaranacağı və aktivlərinin dövlətin xeyrinə müsadirə oluna biləcəyi ilə bağlı narahatlıqlar fonunda kapitallarını xaricə çıxarmağı sürətləndiriblər.

Bu barədə “Bloomberg” agentliyi Rusiya elitasına yaxın mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, ilin əvvəlindən etibarən Rusiyadan on milyardlarla ABŞ dolları həcmində vəsait xaricə çıxarılmış ola bilər. Kapitalını qorumaq üçün iş adamları kriptovalyutadan və qızıldan istifadə edir, həmçinin BƏƏ, Türkiyə, Səudiyyə Ərəbistanı, Kipr və Afrika ölkələrində aktivlərə və özəl investisiya fondlarına sərmayə yatırırlar.

“Bloomberg”in mənbələri bu tendensiyanı iri özəl aktivlərin milliləşdirilməsi dalğası ilə əlaqələndirirlər. Bu il dövlətin nəzarətinə, xüsusilə, “Rusagro” holdinqinin, “Yujuralzoloto” şirkətinin və “Domodedovo” hava limanının aktivləri keçib. Agentliyin həmsöhbətlərinin qiymətləndirməsinə görə, bu şirkətlərin satışından dövlət büdcəsinə artıq yüz milyardlarla rubl daxil olub.

İlin ilk altı ayında təxminən 6 trilyon rubla çatan büdcə kəsiri fonunda biznes dairələrinin narahatlığı daha da artıb. Rusiya Mərkəzi Bankı isə artıq özəl kapitalın xalis çıxışı ilə bağlı statistik məlumatları dərc etmir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti