ABŞ İranın körpülərini dağıdacaq - Tramp

Dünya xəbərləri Materials 15 İyul 2026 12:12 (UTC +04:00)
ABŞ İranın körpülərini dağıdacaq - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Tehran danışıqlar masasına əyləşməkdən imtina edəcəyi təqdirdə Vaşinqton İranın elektrik stansiyalarına və körpülərinə zərbələr endirməyə başlayacaq.

ABŞ lideri "Fox News" telekanalına müsahibəsində bildirib ki, qarşıdakı həftə İran üçün çox acınacaqlı ola bilər.

“Əgər onlar danışıqlar masasına əyləşməsələr, bütün elektrik stansiyalarını, bütün körpülərini sıradan çıxaracağıq”, – deyə Tramp bildirib.

Onun sözlərinə görə, ABŞ artıq İrana "çox güclü zərbələr" endirib və ölkənin bütün sahil xətti boyunca yerləşən obyektlərə hücumlarını davam etdirir.

Tramp həmçinin bildirib ki, administrasiyasının nümayəndələri bu yaxınlarda İran rəsmiləri ilə təmasda olublar. Tehrana göndərilən mesajın məzmunu barədə suala cavabında o deyib:

"Yaxşı olar ki, razılığa gələsiniz. Əks halda sizdən heç nə qalmayacaq."

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti