Oman sahillərində Norveç tankerinə hücum olub

Dünya xəbərləri Materials 14 İyul 2026 16:55 (UTC +04:00)
Oman sahillərində Norveç tankerinə hücum olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Norveçə məxsus tanker səhər saatlarında Oman sahilləri yaxınlığında naməlum qurğunun törətdiyi partlayış nəticəsində zədələnib.

Bu barədə böhran vəziyyətlərinə operativ reaksiya göstərən “MTI Network şirkəti” məlumat yayıb.

Şirkətin bəyanatında bildirilir ki, “Stolt Tankers” gəmiçilik şirkətinin məlumatına əsasən, yerli vaxtla təxminən saat 00:40-da Ərəb dənizində, Oman sahilləri yaxınlığında üzən "Stolt Magnesium" tankerində naməlum xarici qurğunun partlaması baş verib.

Şirkətin nümayəndəsi bildirib ki, xoşbəxtlikdən ekipajın bütün üzvləri salamatdır.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti