Yelo Bank 2026-cı ilin birinci yarısı (yanvar-iyun) üzrə maliyyə
göstəricilərini elan edib. Hesabat dövrünün nəticələrinə əsasən,
Bank kapital mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib və əsas
əməliyyat gəlirlərində yüksək artım dinamikasını qoruyub
saxlayıb.
Belə ki, faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 21%
(18 mln manat) artaraq 102 mln manata çatıb. Effektiv rüblük
fəaliyyət nəticəsində Yelo Bank ilk 6 ay ərzində 12.6 mln manat
xalis mənfəət əldə edib. Bu dövrdə qeyri-faiz gəlirləri isə 5 mln
manatı ötüb.
Maliyyə hesabatlarında ən diqqətçəkən məqamlardan biri də
kreditləşmə templərinin qorunmasıdır. Bankın ümumi kredit portfeli
ilin əvvəli ilə müqayisədə 18 mln manat artaraq 1 mlrd 107 mln
manata yüksəlib. Həmişə olduğu kimi, portfeldə real sektorun
dəstəklənməsi ön planda olub — biznes kreditləri portfeli 687 mln
manata çatıb. Fiziki şəxslərin maliyyələşdirilməsi istiqamətində
isə ümumi istehlak kredit portfeli də artaraq 420 mln manat təşkil
edib.
Müştərilərin etibarlı tərəfdaşı olan Yelo Bank-da toplanan
depozitlərin (əmanət portfeli) həcmi 1 mlrd 39 mln manata çatıb.
Bankın ümumi aktivləri isə yarımilliyin sonuna 1 mlrd 475 mln manat
həcmində olub.
Hesabat dövründə Bankın kapital dayanıqlığında da nəzərəçarpan
yüksəliş qeydə alınıb. Məcmu kapital ilin əvvəli ilə müqayisədə 9
mln manat artaraq 184 mln manata, ümumi kapital isə 190 mln manata
yüksəlib. Məcmu kapitalın adekvatlıq əmsalı 14.06%, birinci
dərəcəli kapitalın adekvatlıq əmsalı isə 11.77% olmaqla requlyativ
normativləri inamla üstələyir.
Bank xidmətləri (tecili kredit və s.) ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!