Bəhreyndə gün ərzində 3-cü dəfədir həyəcan təbilləri çalınır

Dünya xəbərləri Materials 14 İyul 2026 09:50 (UTC +04:00)
Bəhreyndə gün ərzində 3-cü dəfədir həyəcan təbilləri çalınır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-İran arasında son eskalasiyalar fonunda Bəhreyndə gün ərzində artıq üçüncü dəfədir ki, İranın ballistik raket və dron hücumları ilə əlaqədar əhali üçün həyəcan təbilləri çalınır.

Bu barədə krallığın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Patriot” radarını, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının hava nəzarəti radarını və Bəhreynin erkən xəbərdarlıq sistemini məhv etdiyini iddia edib.

Bəhreynə edilən son hücumlarla bağlı dağıntılar və itkilər barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti