Yaponiyada anomal istilər - 4500-dən çox insan xəstəxanalıq oldu

Dünya xəbərləri Materials 15 İyul 2026 04:18 (UTC +04:00)
Yaponiyada anomal istilər - 4500-dən çox insan xəstəxanalıq oldu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yaponiyada iyulun 6-dan 12-dək davam edən bir həftə ərzində isti hava səbəbindən günvurma diaqnozu ilə 4 580 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə “Minami-Nippon Shimbun” qəzeti Daxili İşlər və Rabitə Nazirliyinin Yanğından Mühafizə İdarəsinin məlumatına istinadən xəbər verib.

Bu göstərici əvvəlki həftə ilə müqayisədə 3 210 nəfər çoxdur. Naqano, Şimane, Naqasaki, Oita və Okinava prefekturalarında ümumilikdə yeddi ölüm faktı qeydə alınıb.

Ən çox zərərçəkən Fukuoka prefekturasında qeydə alınıb – 456 nəfər. Sonrakı yerlərdə Tokio (255 nəfər) və Osaka (230 nəfər) qərarlaşıb. Üç həftədən artıq stasionar müalicə tələb edən ağır hallar 105, orta ağırlıqlı günvurma halları isə 1 761 olub. Zərərçəkənlərin 2 827-si və ya 61,7 faizi 65 yaşdan yuxarı şəxslərdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti