20 manatlıq dövlət rüsumu ləğv edilir

Cəmiyyət Xəbər 14 İyul 2026 11:57 (UTC +04:00)
20 manatlıq dövlət rüsumu ləğv edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə 20 manatlıq dövlət rüsumu ləğv ediləcək.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Belə ki, yeni "Qaz təchizatı haqqında" qanunda ləğv edilmiş 30 iyun 1998-ci il tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə sifarişçilərə verilməsi müddəası nəzərdə tutulmadığından "Dövlət rüsumu haqqında" qanunda müvafiq dəyişiklik edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti