İspaniya Fransanı məğlub edib - DÇ-2026

İdman Materials 15 İyul 2026 01:01 (UTC +04:00)
İspaniya Fransanı məğlub edib - DÇ-2026

Bakı. Trend:

DÇ-2026-da Fransa və İspaniya arasında yarımfinal oyunu yekunlaşıb.

Matç 2:0 hesabı ilə ispanların qələbəsi ilə bitib.

Hesabı 22-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Mikel Oyarsabal açıb. Digər qolu isə 58-ci dəqiqədə Pedro Porro vurub.

Beləliklə, İspaniya 16 ildən sonra yenidən dünya çempionatının finalına yüksəlib.

İspaniya millisinin finaldakı rəqibi Argentina - İngiltərə oyununun qalibi olacaq. Qarşılaşma bu gün saat 23:00-da keçiriləcək.

Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti