Bakı.Trend:
Cari ilin yanvar-may aylarında Azərbaycandan Bolqarıstana ixrac edilən neftin həcmi açıqlanıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dərc etdiyi xarici ticarətin gömrük statistikasına əsasən, yanvar-may aylarında Azərbaycandan Bolqarıstana 182,3 milyon ABŞ dolları dəyərində 278 min ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub.
Komitənin məlumatına görə, bu göstərici dəyər ifadəsində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 134,1 milyon ABŞ dolları və ya 3,8 dəfə, həcm baxımından isə 198,7 min ton və ya 3,5 dəfə çoxdur.
Qeyd olunur ki, ötən ilin yanvar-may aylarında Azərbaycandan Bolqarıstana 48,2 milyon ABŞ dolları dəyərində 79,3 min ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac edilib.
Qeyd edək ki, cari ilin yanvar-may aylarında Azərbaycandan dünyanın digər ölkələrinə ümumilikdə 5,121 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış 8,828 milyon ton xam neft və neft məhsulları ixrac olunub.
2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 522 milyon ABŞ dolları və ya 9,2 faiz, fiziki həcm baxımından isə 1,535 milyon ton və ya 14,8 faiz azalıb.
Cari ilin yanvar-may aylarında Azərbaycan neftinin əsas idxalçıları sırasında ilk üçlükdə İtaliya (5,339 milyon ton, 3,021 milyard ABŞ dolları) qərarlaşıb. Sonrakı yerlərdə Rumıniya (461,3 min ton, 247,8 milyon ABŞ dolları) və Çexiya (433,1 min ton, 245,7 milyon ABŞ dollarından çox) yer alıb.
