İran hava hücumundan müdafiə qüvvələri iki ABŞ PUA-sını vurub - SEPAH

Dünya xəbərləri Materials 13 İyul 2026 23:56 (UTC +04:00)
airstrike
Müqəddəs Mustafayev
Müqəddəs Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəndər Abbas və Lar şəhərləri üzərində səmada iki ABŞ-ın Lucas pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.

Bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

"Bir neçə dəqiqə əvvəl Bəndər Abbas və Lara şəhərlərində İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin ən son hava hücumundan müdafiə sistemləri tərəfindən ABŞ-nin iki "Lucas" pilotsuz uçuş aparatı məhv edilib", - deyə bildirilib.

Xəbər lenti

Xəbər lenti