IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xocalı Soyqırımı Memorialını ziyarət ediblər (FOTO)

Siyasət Materials 13 İyul 2026 18:42 (UTC +04:00)
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xocalı Soyqırımı Memorialını ziyarət ediblər (FOTO)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Şuşa.Trend:

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xocalı Soyqırımı Memorialını ziyarət ediblər.

Trend-in xüsusi müxbiri xəbər verir ki, forum qonaqlarına Xocalı soyqırımı ilə bağlı tarixi hadisələr, memorial kompleksinin yaradılması tarixi və ekspozisiyası barədə məlumat təqdim olunub.

İştirakçılar həmçinin faciə ilə bağlı faktları və onun qurbanlarının xatirəsini əks etdirən materiallarla tanış olublar.

Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumunda 53 ölkədən 160-a yaxın xarici qonaq iştirak edir. Onların arasında 30-a yaxın beynəlxalq informasiya agentliyinin nümayəndələri, 60-dan çox aparıcı media qurumunun təmsilçiləri, eləcə də 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri yer alırlar. Forum iştirakçıları sırasında xarici KİV nümayəndələri ilə yanaşı, Azərbaycan mediasının təmsilçiləri, ekspertlər və rəsmi şəxslər də var.

Forum iyulun 14-də öz işini davam etdirəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti