Bakı. Trend:
Hörmüz boğazı əvvəlki statusuna qaytarılmalıdır.
Bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.
Onun sözlərinə görə, Aİ rəsmiləri regiondakı təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Körfəz ölkələri ilə görüş keçirəcəklər.
Kallas İran ilə ABŞ arasında əldə olunmuş müvəqqəti razılaşmanın "faktiki olaraq işləmədiyini" qeyd edərək deyib ki, Aİ xarici işlər nazirləri Hörmüz boğazının yenidən açılması və sərbəst gəmiçiliyə hörmət edilməsinin vacibliyi, həmçinin həmin marşrut üzrə naviqasiya üçün heç bir rüsum və ya ödəniş tətbiq edilməməsi ilə bağlı hansı mesajları verə biləcəklərini müzakirə edəcəklər.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.
