İran ordusu ABŞ-yə məxsus PUA-nı vurduğunu bildirir

Dünya xəbərləri Materials 13 İyul 2026 12:36 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın cənubunda Hörmüzqan vilayətinin Bəndər Abbas rayonunda ABŞ-yə məxsus “Lucas” Pilotsuz Uçuş Aparatı vurulub.

Bu, İran ordusunun yaydığı məlumatda öz əksini tapıb.

“Bir saat öncə İran ordusunun Hava Hücumundan Müdafiə sistemi Bəndər Abbas rayonunda ABŞ-yə məxsus PUA-nı vuraraq məhv edib”, - deyə məlumatda bildirilir.

İran ordusu həmçinin ABŞ-nin İrana qarşı hücumlarının təkrarlanmasına cavab olaraq Küveytdə Birləşmiş Ştatların ordusuna məxsus obyektləri PUA-larla atəşə tutduğunu qeyd edib.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti