İnformasiya təhlükəsizliyi bu gün milli təhlükəsizliyin mühüm tərkib hissəsidir - Fərid Zeynalov

Siyasət Materials 13 İyul 2026 17:04 (UTC +04:00)
İnformasiya təhlükəsizliyi bu gün milli təhlükəsizliyin mühüm tərkib hissəsidir - Fərid Zeynalov
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Şuşa.Trend:

İnformasiya təhlükəsizliyi bu gün təkcə texniki məsələ deyil, həm də milli təhlükəsizliyin və ictimai sabitliyin mühüm tərkib hissəsidir.

Trend-in tədbirdə iştirak edən xüsusi müxbiri xəbər verir ki, bunu Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndəsi Fərid Zeynalov IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Rəqəmsal platformalar və informasiya təhlükəsizliyi: müasir çağırışlar və əsas həllər" adlı panel müzakirəsində deyib.

"İnformasiya təhlükəsizliyi bu gün təkcə texniki məsələ deyil, eyni zamanda dövlətlərin milli təhlükəsizliyi məsələsi, ictimai sabitlik və təhlükəsizliyin mühüm tərkib hissəsidir", – deyə o bildirib.

Zeynalovun sözlərinə görə, getdikcə rəqəmsal platformalardan informasiya manipulyasiyası, ictimai rəyin formalaşdırılması, kiberhücumların həyata keçirilməsi, eləcə də süni intellekt və "deepfake" texnologiyalarından istifadə edilməklə hazırlanmış materialların yayılması məqsədilə daha çox istifadə olunur.

ETX nümayəndəsi uşaqların və yeniyetmələrin müdafiəsi məsələsinə xüsusi diqqət ayıraraq onları rəqəmsal mühitin ən həssas istifadəçi qruplarından biri adlandırıb.

O qeyd edib ki, onların təhlükəsizliyinə görə məsuliyyət təkcə dövlətin deyil, həm də vətəndaş cəmiyyətinin, akademik dairələrin və valideynlərin üzərinə düşməlidir.

Zeynalov vurğulayıb ki, artıq bir sıra ölkələrdə sosial şəbəkələrdən istifadə ilə bağlı yaş məhdudiyyətləri tətbiq olunur, istifadəçilərin yaşının yoxlanılması mexanizmləri və müəyyən növ məzmuna çıxışın məhdudlaşdırılması tədbirləri həyata keçirilir. Onun sözlərinə görə, bu cür tədbirlər yetkinlik yaşına çatmayanların kibertəhdidlərdən qorunmasına kömək edir.

O, həmçinin bildirib ki, Azərbaycanda da uşaqların və yeniyetmələrin rəqəmsal məkanda təhlükəsizliyinin artırılmasına yönəlmiş müvafiq tədbirlərin icrasına artıq başlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti