Bakı. Trend:
İyulun 14-də hava əsasən yağmursuz keçəcək, Bakıda və Abşeron yarımadasında gündüz 35, rayonlarda 39 dərəcə isti olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda qeyd edilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava
şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb
küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq.
Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət
gecə 70-75 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz
keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə
qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi
ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq.
Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39° isti, dağlarda
gecə 14-18° isti, gündüz 24-29°, bəzi yerlərdə 32-35° isti
olacaq.
