Dünən hər şey razılaşdırılmışdı – Tramp İranla bağlı

Dünya xəbərləri Materials 13 İyul 2026 17:55 (UTC +04:00)
Dünən hər şey razılaşdırılmışdı – Tramp İranla bağlı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İran ətrafındakı vəziyyətlə bağlı görüş iyulun 12-də baş tutub. Müəyyən razılaşmalar əldə olunsa da, Tehran Vaşinqtondan sənədə bəzi düzəlişlərin edilməsini istəyib. ABŞ tərəfi isə bu dəyişiklikləri qəbul etmək niyyətində deyil.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına telefonla verdiyi müsahibədə bildirib.

“Onlarla bağlı hər şey son anda baş verir... Dünən hər şey razılaşdırılmışdı. Sonra isə onlar otağı tərk etdilər, yenidən zəng vuraraq dedilər ki, bir neçə dəyişiklik etmək lazımdır. Mən də dedim: "Dəyişikliklər? ... Biz heç bir dəyişiklik etməyəcəyik", – deyə ABŞ lideri jurnalistlərə bildirib.

O, həmçinin əlavə edib ki, ABŞ İran İslam Respublikasına qarşı sərt zərbələr endirməyə hazırlaşır.

Xatırladaq ki, İyunun 17-də ABŞ və İran qarşılıqlı anlaşma haqqında döyüş əməliyyatlarının dayandırılmasını və danışıqların yeni mərhələsinin başlanmasını nəzərdə tutan müvəqqəti memorandum imzalayıblar. Sənədi ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian imzalayıblar. Axios nəşri isə memorandumun məsafədən rəsmiləşdirildiyini və elektron imzalanmadan sonra qüvvəyə mindiyini bildirib.

İyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti