D-8 Media Mükəmməllik Mərkəzinin Məşvərət Şurasının ilk iclası bu il Bakıda keçiriləcək - Fuad Mərdiyev

Siyasət Materials 13 İyul 2026 19:15 (UTC +04:00)
D-8 Media Mükəmməllik Mərkəzinin Məşvərət Şurasının ilk iclası bu il Bakıda keçiriləcək - Fuad Mərdiyev
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Şuşa: Trend:

D-8 Media Mükəmməllik Mərkəzinin Məşvərət Şurasının ilk iclası bu il Bakıda keçiriləcək.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Media Mükəmməllik Mərkəzinin baş direktoru Fuad Mərdiyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin Strateji Konsepsiyasının təqdimatı zamanı deyib.

"Bu il Məşvərət Şuramızın ilk iclasını Bakıda keçirəcəyik", - deyə o bildirib.

F.Mərdiyevin sözlərinə görə, hazırda Media Mükəmməllik Mərkəzinin nizamnaməsi artıq təsdiqlənib, həmçinin mərkəzin fəaliyyətə başlaması üçün zəruri hüquqi baza formalaşdırılıb.

O qeyd edib ki, Media Mükəmməllik Mərkəzinin missiyası institusional potensialın gücləndirilməsi, innovasiyaların və tədqiqatların dəstəklənməsi, eləcə də D-8-ə üzv dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Mərkəzin əsas məqsədi təşkilata üzv bütün ölkələrə fayda verəcək dayanıqlı ekosistemin formalaşdırılması olacaq.

F.Mərdiyev bildirib ki, layihənin icrası mərhələli şəkildə həyata keçiriləcək. Birinci mərhələdə təşkilati strukturun formalaşdırılması, mütəxəssislərin cəlb edilməsi, idarəetmə mexanizmlərinin və əməliyyat prosedurlarının hazırlanması, həmçinin beynəlxalq təşkilatlar, dünyanın aparıcı media institutları və D-8-ə üzv dövlətlərlə əməkdaşlığın qurulması planlaşdırılır.

Onun sözlərinə görə, sonrakı mərhələdə mərkəz media nümayəndələri, dövlət qurumları və tədqiqat ictimaiyyəti arasında dialoqun inkişafına, peşəkar hazırlıq proqramlarının təşkilinə və birgə layihələrin həyata keçirilməsinə diqqət yetirəcək. Bundan əlavə, Media Mükəmməllik Mərkəzi rəqəmsal transformasiya, süni intellekt, media sahəsinin tənzimlənməsi, ictimai kommunikasiyalar və informasiya təhlükəsizliyi sahələrində tədqiqatlar aparacaq, həmçinin D-8-ə üzv dövlətlərdə məlumatlara əsaslanan qərarların qəbulu üçün analitik hesabatlar və tövsiyələr hazırlayacaq.

Xəbər lenti

Xəbər lenti