Ötən həftə 560 yanğına çıxış olub, 12 nəfərin meyiti tapılıb - FHN

Cəmiyyət Materials 13 İyul 2026 09:33 (UTC +04:00)
Ötən həftə 560 yanğına çıxış olub, 12 nəfərin meyiti tapılıb - FHN
Elvin Əhmədov
Elvin Əhmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən həftə ərzində 560 yanğına çıxış olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həftə ərzində 49 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 58 nəfər xilas edilib, 7 nəfər təxliyə olunub, 5 nəfər xəsarət alıb, 12 nəfərin meyiti təhvil verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti