Jurnalistlər ictimai həyatın bütün sahələrində mühüm rol oynayırlar- Abbas Abbasov

Siyasət Materials 11 İyul 2026 09:57 (UTC +04:00)
Jurnalistlər ictimai həyatın bütün sahələrində mühüm rol oynayırlar- Abbas Abbasov
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Jurnalistlər ictimai həyatın bütün sahələrində mühüm rol oynayırlar.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Bakıda keçirilən "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" mövzusunda beynəlxalq konfransda Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov deyib.

"Jurnalistlərin rolu ictimai həyatın bütün sahələrində böyük əhəmiyyət daşıyır. Jurnalistlərin peşəyə sədaqəti, peşəkarlığı və yorulmaz əməyi qlobal məlumatlılığın artırılmasında mühüm rol oynayır. Jurnalist fəaliyyəti yüksək məsuliyyət, fədakarlıq və dürüstlük tələb edir. Bu, çox vaxt güclü təzyiq və sərt vaxt məhdudiyyətləri şəraitində çalışmalı olunan dinamik və mürəkkəb sahədir", – deyə o bildirib.

A.Abbasov qeyd edib ki, son üç il ərzində BTQ beynəlxalq ictimaiyyətin müstəmləkəçiliyin nəticələrinə və dekolonizasiya prosesinin əhəmiyyətinə diqqətinin cəlb olunması istiqamətində mühüm nailiyyətlər əldə edib.

"Şübhəsiz ki, bu prosesdə kütləvi informasiya vasitələri əvəzsiz rol oynayıb. İctimai məlumatlılığın artırılmasına və cəmiyyətin maarifləndirilməsinə xidmət edən peşəyə sədaqətinizi və peşə məsuliyyətinizi yüksək qiymətləndiririk", – deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Konfrans Azərbaycanda ilk dəfə olaraq müstəmləkə altında olmuş və hazırda müstəmləkə statusunda olan ərazilərin media nümayəndələrinin iştirakı ilə təşkil edilən belə bir platformadır.

Konfransda keçmiş və mövcud müstəmləkə ərazilərindən media qurumlarının rəhbərləri və nümayəndələri, jurnalistlər, siyasi şərhçilər, diaspor təşkilatlarının nümayəndələri, media və kommunikasiya sahəsində ekspertlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, tədqiqatçılar, diplomatlar, dövlət qurumlarının nümayəndələri, eləcə də yerli KİV nümayəndələri iştirak edirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti