Kütləvi informasiya vasitələri şüurun dekolonizasiyası prosesində mühüm rol oynayır - Voice of Congo

Cəmiyyət Materials 11 İyul 2026 10:05 (UTC +04:00)
Kütləvi informasiya vasitələri şüurun dekolonizasiyası prosesində mühüm rol oynayır - Voice of Congo
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Kütləvi informasiya vasitələri şüurun dekolonizasiyası prosesində strateji əhəmiyyətli mövqe tutur.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu "Voice of Congo" baş direktoru Aunda Monziya (Cedrick Monzia Aundu) Bakıda keçirilən "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" mövzusunda beynəlxalq konfransda bildirib.

"Dekolonizasiyadan danışarkən söhbət təkcə ərazi işğalına son qoyulmasından getmir. Buraya həm də şüurun və informasiya məkanının dekolonizasiyası daxildir. Bu gün kütləvi informasiya vasitələri bu transformasiya prosesində strateji əhəmiyyətli yer tutur. Onlar ya mövcud stereotiplərin yayılmasını davam etdirə, ya da baş verənlər barədə daha ədalətli təsəvvürün formalaşmasına töhfə verə bilərlər", – deyə o bildirib.

Monziya qeyd edib ki, hazırda jurnalistlərin artıq yeganə informasiya mənbəyi olmadığı rəqəmsal dövr yaşanır. İnformasiya məkanında yeni iştirakçılar kateqoriyası – rəqəmsal kontent yaradıcıları meydana çıxıb.

"Jurnalistlər olaraq biz müstəmləkəçilik haqqında məlumatların yayılmasının yeni formalarının meydana çıxması ilə üz-üzəyik. İlk növbədə, qeyd edilməlidir ki, kütləvi informasiya vasitələri müstəmləkəçiliyin həyata keçirilməsində mühüm rol oynayıb və əksər hallarda müstəmləkəçi dövlətlərdən qaynaqlanan informasiyanı yayıb. Bu gün isə bizim məsuliyyətimiz ədaləti bərpa etmək, həmçinin marginallaşdırılmış xalqlar və onların yerli mədəniyyəti haqqında həqiqətləri ictimaiyyətə çatdırmaqdır", – deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Konfrans Azərbaycanda ilk dəfə olaraq müstəmləkə altında olmuş və hazırda müstəmləkə statusunda olan ərazilərin media nümayəndələrinin iştirakı ilə təşkil edilən belə bir platformadır.

Konfransda keçmiş və mövcud müstəmləkə ərazilərindən media qurumlarının rəhbərləri və nümayəndələri, jurnalistlər, siyasi şərhçilər, diaspor təşkilatlarının nümayəndələri, media və kommunikasiya sahəsində ekspertlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, tədqiqatçılar, diplomatlar, dövlət qurumlarının nümayəndələri, eləcə də yerli KİV nümayəndələri iştirak edirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti