Azərbaycanlı qadın güləşçi tarix yazıb

İdman Materials 11 İyul 2026 01:40 (UTC +04:00)
Azərbaycanlı qadın güləşçi tarix yazıb

Bakı. Trend:

Şimali Makedoniyanın Skopye şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasının məlumatına görə, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Ruzanna Məmmədova (62 kq) finalda türkiyəli Özdenur Özmezlə qarşılaşıb. Rəqibinə 6:0 hesabı ilə qalib gələn həmyerlimiz titulunu qoruyub. Bununla da Ruzanna Azərbaycan güləşi tarixində U20 yaş qrupunda 3 qat Avropa çempionu olan ilk qadın güləşçi ünvanına sahib çıxıb.

Zəhra Kərimzadə (72 kq) isə gərgin mübarizə şəraitində keçən bürünc medal görüşündə Türkiyənin digər təmsilçisi İlayda Çinə 9:11 hesabı ilə məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti