FIFA dünya çempionatının 64 komandalı formatını nəzərdən keçirir

İdman Materials 12 İyul 2026 20:35 (UTC +04:00)
FIFA dünya çempionatının 64 komandalı formatını nəzərdən keçirir

Bakı. Trend:

Gələcəkdə futbol üzrə dünya çempionatının iştirakçı sayının 64 komandaya çatdırılması ehtimalı nəzərdən keçirilir.

Bu barədə FIFA prezidenti Canni İnfantino “Blue Sport” portalına müsahibəsində danışıb.

O bildirib ki, mundialın formatının daha da genişləndirilməsi məsələsi gündəmdədir. İnfantino xatırladıb ki, 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirakçı komandaların sayı tarixdə ilk dəfə olaraq 32-dən 48-ə yüksəldilib.

FIFA prezidentinin sözlərinə görə, dünya çempionatında iştirak etmək imkanı yalnız müəyyən ölkələrlə məhdudlaşmamalıdır və bütün milli komandalar bu turnirdə çıxış etmək şansına sahib olacaqlarına ümid edə bilməlidirlər. O qeyd edib ki, 64 komandalı formatın tətbiqi ideyası müzakirə predmetidir, lakin bununla bağlı hələlik yekun qərar qəbul edilməyib.

Xəbər lenti

Xəbər lenti