Azərbaycanın aqrar sektorunda artım qeydə alınıb

İqtisadiyyat Materials 10 İyul 2026 20:21 (UTC +04:00)
Azərbaycanın aqrar sektorunda artım qeydə alınıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın aqrar sektorunda yanvar-iyun aylarında artım qeydə alınıb.

Azərbaycan Dövlət Statistika Komitəsinin dərc etdiyi "2026-cı ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri" adlı hesabatında bildirilir ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda 7,085 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub.

Qurumun məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,2 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 65,207 milyard manat həcmində ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artıb.

"Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda yaradılan əlavə dəyər 0,7 faiz azalaraq 19,610 milyard manat, qeyri-neft-qaz sektorunda isə 1,5 faiz artaraq 45,596 milyard manat təşkil edib", - deyə qurumun məlumatında bildirilir.

Komitənin hesabatına əsasən, cari ilin 1 iyul tarixinə Azərbaycanın xarici dövlət borcu 4,617 milyard ABŞ dolları təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti