Prezident İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

Siyasət Materials 11 İyul 2026 15:28 (UTC +04:00)
Prezident İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən ümumilikdə müxtəlif təyinatlı 10 bina inşa edilib. Onların arasında mehmanxana, apart hotellər, ofislər, iaşə obyektləri var. Tikinti işlərinin aparılması zamanı keyfiyyətlə yanaşı, binaların Şuşanın ümumi görünüşünə uyğun olmasına da xüsusi diqqət yetirilib. Bu layihənin icrası ilk növbədə tarixi şəhərimiz və mədəniyyət paytaxtımız olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir. Binaların inşası şəhərin gözəlliyinə əlavə rəng qatır, burada aparılan bərpa-yenidənqurma işlərinin həcmini göstərir. Bu, eyni zamanda, Şuşanın iqtisadi həyatının canlanmasına, şəhərin sakinlərinin və qonaqlarının rahatlığının təmin olunmasına da töhfə verir.

Qeyd edək ki, layihə həm də Azərbaycanda dövlət-özəl tərəfdaşlığının yüksək səviyyədə qurulduğunu aydın şəkildə nümayiş etdirir.

Xəbər lenti

Xəbər lenti