Kəlbəcərdə mina partlayışı baş verib

Hadisə Materials 10 İyul 2026 14:18 (UTC +04:00)
Kəlbəcərdə mina partlayışı baş verib
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Kəlbəcər. Trend:

Kəlbəcərdə mina partlayışı baş verib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə Kəlbəcərin Laçın rayonu ilə sərhəd ərazisində qeydə alınıb.

Hadisə zamanı insanlar arasında xəsarət alan olmayıb. Partlayış nəticəsində üç baş xırdabuynuzlu heyvan yaralanıb.

Qeyd edək ki, sözügedən ərazidə buna bənzər mina partlayışı halları daha əvvəl də qeydə alınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti